Bu gün ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mövzusunda çıxış edib.
Trend-in məlumatına görə, səfir qeyd edib ki, Azərbaycanın təşkilata üzv olması iqtisadi artım üçün əlavə imkanlar yaradacaq.
R.Morninqstar bildirib ki, ÜTT-yə üzvlük çox sayda iş yerləri, daha çox ticarət və investisiya deməkdir: “Biz Azərbaycanın təşkilata üzvlüyü məsələsində dəstək oluruq”.
ABŞ səfirinin sözlərinə görə, Azərbaycan ÜTT-yə üzv olması üçün vacib addımlar atmalı və iqtisadi islahatlar aparmalıdır.