Azərbaycanın təhsil naziri yeni işə qəbul olunan müəllimlərlə bağlı bəzi tapşırıqlar verib

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə ciddi ehtiyac olan vakant müəllim yerləri barədə yenidən məlumat toplayacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, məsul şəxslər sentyabrın 20-dək yeni tədris ili üçün müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə məlumatları bu quruma təqdim etməlidirlər.
Müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərlə 5 gün müddətində əmək müqavilələri bağlanılmalıdır.Həvəsləndirmə tədbirləri tətbiq olunan müəllim yerlərinə işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin olunmalıdır, əmək fəaliyyətinə başlamaları ilə əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara köməklik göstərilməlidir.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 18782 nəfər ərizə verib. Onlardan 17967 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə -test imtahanlarına buraxılıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə görə, ümumilikdə 1474 nəfər vakant vəzifələri tutmaq hüququ qazanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO