Azərbaycanın əmək bazarında hansı ixtisaslar üzrə kadrlara daha çox ehtiyacın olduğu açıqlandı

Azərbaycanın əmək bazarında hansı ixtisaslar üzrə kadrlara daha çox ehtiyacın olduğu açıqlandı

Azərbaycan Təhsil Nazirliyi əmək bazarında hansı ixtisaslar üzrə hazırlanmış kadrlara daha çox ehtiyacın olduğunu açıqlayıb. Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, ixtisaslar üzrə dövlət sifarişini nəzərə alsaq, müəllimlik, menecment, iqtisadiyyat, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sənayenin təşkili və idarə olunması, müalicə işi, kompyuter elmləri, biznesin idarə olunması, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı və digər ixtisaslara tələbat daha çoxdur.
Tələbat olan ixtisaslara gənclərin marağının artırılması məsələsi ali təhsil müəssisələrinin üzərinə düşür: “Məhz ali təhsil müəssisələri kadr hazırlığı apardıqları ixtisaslar haqqında məlumatı ictimaiyyətə mütəmadi olaraq müxtəlif vasitələrlə çatdırmalı, həmin ixtisasların maraqlı tərəflərini izah etməlidirlər. Bu, həm gənclərə ixtisas seçimində köməklik etmiş olar, həm də ali təhsil müəssisələri arasında rəqabət qabiliyyətini gücləndirər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO