Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracatına 2014-cü ildə başlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan ərazisində işlər artıq başa çatıb. Bundan başqa, dünən enerji ötürücü infrastrukturun Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.
E.Pirverdiyev qeyd edib ki, Türkiyə ərazisində işlərin bir hissəsi qalıb: “Həmin işlərin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır”.
Elektrik enerjisinin kommersiya baxımından tədarükü üzrə danışıqlar məsələsinə toxunan ASC sədri deyib ki, danışıqlar aparılır və Türkiyədə işlər tamamlandıqdan sonra danışıqlar da yekunlaşacaq.