Azərbaycanda yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycanda yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişikliyin olacağı gözlənilmir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 25-də hava əssən yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO