Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir. Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir. Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir. Qeyd edək ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat, 2013-cü il üçün ehtiyac meyarının həddi isə 93 manat idi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO