Azərbaycanda sürüşməyə məruz qalan ərazi 4 dəfə artıb

Azərbaycanda son 24 il ərzində torpaq sürüşməsinə məruz qalan yaşayış məntəqələrinin sayı təxminən 4 dəfə artıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitunun Azərbaycanın iqtisadi və siyasi coğrafiya şöbəsinin müdiri Nəriman Paşayev Trend-ə deyib ki, 1990-cı ildə Azərbaycanda cəmi 103 yaşayış məntəqəsində sürüşmə qeydə alınmışdırsa, hazırda bu rəqəm 400-ə yaxın olub. 20 il əvvəl Azərbaycanda sürüşmələrin sahəsi 4 min kvadrat kilometr idisə, indi artıq sürüşmə sahələrinin sahəsi 1,5 dəfə artaraq 6 min kvadrat/km-dən artıq ərazini əhatə edib.

Alim qeyd edib ki, getcikdə artmaqda davam edən sürüşmələr ölkədə əhalinin məskunlaşmasına da cox böyük təsir göstərir. Sürüşmələrin yaranması hallarının 80 faizinin insanların günahı üzündən yarandığını deyən N.Paşayevin sözlərinə görə, insanın təsərrüfat fəaliyyəti göstərməsi sürüşmələrin baş verməsi hallarını artırır: “Əgər bu gün bir hektarda normal olaraq, 4-5 xırdabuynuzlu, 1 iribuynuzlu mal-qara otlamalıdırsa, bu say bəzən 5-6 dəfə çox olur”.

N.Paşayev qeyd edıb ki, ölkədə bu gün sürüşmələr daha çox Şamaxı-İsmayıllı, Quba-Xaçmaz zonaları Abşeron yarmadasında baş verir. Şamaxı-İsmayllı zonasında 90-dan çox yaşayış məntəqəsində, Quba-Xaçmazda 98, Abşeron yarmadasında 20-dən çox yaşayış məntəqəsində sürüşmə yaranıb.

N.Paşayevin sözlərinə görə, Bakının Bayıl qəsəbəsi, Badamdar, Masazır, Əhmədli, Buzovna qəsəbələrində, Novxanı yolunda sürüşmə geniş yayılıb. Son dövrlərdə isə Qaracuxur qəsəbəsində sürüşmələr aktivləşib: “”Qaraçuxur, Badamdar qəsəbələrində imkanlı şəxslər tərəfindən villalar tikilir. Ancaq onlar bəlkə də bilmirlər ki, bu ərazilər güclü sürüşmə zonasıdır. Eyni zamanda, Buzovna, Bilgəhin dənizsahili ərazilərində sürüşmə ehtimalı var. Yasamalda da bu ehtimal var. Əgər yağıntı bir az çox olarsa, bu proses istənilən vaxt aktivləşə bilər”.

N.Paşayev deyib ki, hazırda Ağsu aşırımı da sürüşmə baxımından çox təhlükəli sayıla bilər: “Burada ərazinin yüklənməsi coxdur. Ərazidəki 100-ə qədər xidmət obyektlərinin də kanalizasiya şəbəkəsi yoxdur. Ağır yüklü maşınların keçməsi də bu prosesə təsir göstərə bilər”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO