Azərbaycanda sərhəd mühafizəsi sisteminin inkişafına dair yeni dövlət proqramı qəbul ediləcək

Azərbaycanda sərhəd mühafizəsi sisteminin inkişafına dair yeni dövlət proqramı qəbul ediləcək.
Trend-in məlumatına görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Müşavirədə qeyd edilib ki, “2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramı” qəbul ediləcək.
Artıq adıçəkilən sənədin layihəsi hazırlanaraq müvafiq instansiyalara təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO