Vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədovdan xaricdə istehsal edilmiş, Yemişənli kənd sakini Baloğlan Qasımovdan “TOZ-20”, Mamaylı kənd sakini Şafiq Zahirovdan isə “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Trend.az