Azərbaycanda qatarların hərəkəti tam bərpa olunub


Fevralın 1-də Bakı-Böyük Kəsik istiqamətində ikinci yolda da təmir işləri başa çatıb, qatarların hərəkəti tam bərpa olunub. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 29-da saat 12:15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb və yükü dağılıb, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Elə həmin gün QSC-nin İnfrastruktur Departamentinin,
“Dəmiryolservis” MMC-nin və “Fövqəladə Hallar Qatarı” MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23:30-da hərəkət bir yolda (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO