Milli QHT Forumu “MQF seçki koalisiyası” Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.
Forumdan Trend-ə verilən məlumata görə, layihənin məqsədi prezident seçkilərinə qədər normal seçki mühitinin yaradılması, seçkilərin azad, ədalətli, obyektiv keçirilməsi, seçki və seçici hüququ ilə əlaqədar olaraq əhalinin geniş təbəqələrinin maarifləndirilməsi və seçki subyektlərinin hüquqi məlumatlandırılmasını yüksəltməkdir.
Layihə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Qaradağ rayonları və Mingəçevir, Ağdaş, Zərdab, Ucar, Kürdəmir, Saatlı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edəcəkdi