Azərbaycanda martın 2-dən temperatur yüksəlməyə başlayacaq

Azərbaycanda sabah havanın temperaturu bir neçə dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 1-i gündüzə kimi davam edəcək. Martın 1-də gündüz yağıntılar tədricən kəsiləcək. Martın 2-də hava yağmursuz olacaq, temperatur isə nisbətən yüksəlməyə başlayacaq.

A.Verdiyev deyib ki, fevralın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava fasilələrlə yağıntılı olacaq. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 28-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 8, gündüz 0-3 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO