Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara görə, bu qurumların sosial müdafiəsini gücləndirmək məqsədilə aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılması qərara alınır.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.