Azərbaycanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Azərbaycanda məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıb ki, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO