Azərbaycanda itkin düşənlərin xatirəsi yad edilib

30 avqust, Beynəlxalq İtkinlər günündə, itkin düşmüş şəxslərin onlarla ailə üzvləri, hökumət nümayəndələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı və Goranboy şəhərlərində təşkil etdiyi iki anım mərasimində iştirak etmişdir. Tədbirdə həmçinin itkin düşmüş şəxslərin ailə üzvlərinin müəllifi olduğu şer və hekayələr kitabının təqdimat mərasimi keçirilib.
BQXK-dan Trend-ə daxil olan məlumata görə, qurumun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Əməliyyatlar başçısı, cənab Loran Korba Bakı şəhərində keçirdilən mərasimi açaraq, ailələrin itkin düşmüş əzizlərinin taleləri haqqında öyrənmək hüququnun mühümlüyünü vurğulamış və BQXK-nın hökumət orqanlarına beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini həyata keçirməkdə dəstəyini davam etdirmək niyyətini qeyd edib.
BQXK, bütün dünyada münaqişələrin ayırdığı on minlərlə ailələrə, əzizlərinin taleləri haqqında öyrənməyə kömək etmək üçün itkin düşmüş insanların problemi üzrə işini davam etdirir və silahlı münaqişələrdə iştirak edən bütün tərəfləri itkin düşmüşlərin talelərinə aydınlıq gətirmək öhdəliklərinə əməl etmələrinə və insanların itkin düşməsinin qarşısını almağa təşviq edir.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq itkin düşmüş şəxslərin taleyi BQXK-nın regiondakı humanitar fəaliyyətinin əsas istiqaməti olaraq qalır. BQXK, neytral vasitəçi olaraq tərəflərə, atəşkəsin elan edilməsindən 19 il keçməsinə baxmayaraq, münaqişə ilə bağlı itkin düşmüş 4600-dən çox insanın taleyinin aydınlaşdırılmasına kömək edir.
BQXK son illər ərzində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin ailələrinə yardım göstərmək üçün proqram həyata keçirir. Əzizlərinin itkisindən ən çox əziyyət çəkənlər onlara ən yaxın ailə üzvləri, anaları, ataları və həyat yoldaşlarıdır.
BQXK itkin düşmüş şəxslərin ailələrindən sosial işçi (sirdaşlar) kimi işləmək üçün könüllüləri seçib, onlarda digər ailələrə yardım etmək bacarığını inkişaf etdirir. Eyni vəziyyətdə olan ailələr yanaşmasını əsas tutaraq, həmin ailələrə yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardım edilir və ehtiyac olduqda ailələrin çoxtərəfli ehtiyacları qarşılamaq üçün onlar, xidmət təmin edən müəssisələrə müşayiət edilir.
BQXK bu günə qədər Bakı, Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarında 1000-dən artıq itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərmişdir. Ailələr Müşayiət Proqramında iştirak etdikdən sonra, onların psixoloji durumlarında irəliləyişlər müşahidə edilmişdir: psixoloji stress 34% azalmış, itkinin öhdəsindən gəlmək bacarığı 14% və gündəlik yaşam funksionallığı isə 19% artmışdır.
Qardaşı münaqişə zamanı itkin düşmüş Sərvinaz proqram haqqındakı fikirlərini ifadə edir: “Siz uzun illərdən sonra anamı ailəyə qaytardınız. Qardaşım itkin düşəndən bəri, anam heç bir ailə yığıncaqlarında iştirak etmir, hətta demək olar ki, bizimlə də danışmırdı. Amma indi o, çox dəyişib! Eyni problemi bölüşən digər insanlarla tanış olmaq ona çox kömək edib!”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO