Azərbaycanda işıqforlar səsli olacaq

Azərbaycanda işıqforlar səsli olacaqAzərbacanda əlillərin və sağlamlığı məhdud olan şəxslərin kütləvi toplaşdığı obyektlərin (tibb müəssisələri, reabilitasiya mərkəzləri, müvafiq cəmiyyətlər, həmçinin bu şəxslər üçün tikilmiş yaşayış binaları) yaxınlıqda olan piyada keçidlərində (kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün) svetoforun işıq siqnallarına səs siqnalı da əlavə ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən “Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”da öz əksini tapıb.

Yeni sənədə görə, nizamlanan yolayrıcındakı ümumi intensivlik yolayrıcından bir istiqamətdə çıxan, sağa və sola dönən nəqliyyat axınının sayı bir saat ərzində 120 avtomobildən, həmin istiqamətdəki axından keçən piyadaların hərəkət intensivliyi isə qeyd olunan muddətdə 600 nəfərdən az olmadıqda, iş günlərində nəqliyyat vasitələrinin hərəkət intensivliyi hər iki istiqamətdə bir saat ərzində 600 avtomobildən (ayırıcı zolaq olan küçələr üçün bir saat ərzində 800 avtomobildən), piyadaların bir istiqamətdə hərəkət intensivliyi isə qeyd olunan müddətdə 150 nəfərdən az olmadıqda (bu halda svetoforun siqnallarında tək və ya çoxproqramlı (hərəkət intensivliyindən asılı olaraq svetofor siqnallarının yanma müddəti dəyişdirilən) rejim tətbiq olunmalıdır) piyada zolağında hərəkət svetoforla nizamlanmalıdır. Bununla yanaşı, hərəkətdə olan nəqliyyat vasitələrinin intensivlik həcmi bir saat ərzində 600 avtomobildən (təhlükəsizlik adacığı (yolu keçən piyadaların dayanması üçün yolun hərəkət hissəsinin üzərində konstruktiv qoruyucu element kimi ayrılmış hissə) ayrılmış olduqda, bir saat ərzində 800 avtomobildən) az olmamaq şərtilə bir istiqamətdə piyadaların hərəkət intensivliyi eyni vaxt ərzində 50 nəfərdən (təhlükəsizlik adacığı olduqda eyni vaxtda 100 nəfərdən) az olmadıqda və epizodik xarakter daşıdıqda (gün ərzində çoxlu qəfil (sutkanın müəyyən saatları ərzində hərəkət intensivliyi kəskin çoxaldıqda və ya azaldıqda) dəyişikliklər olduqda) piyada zolağında hərəkət svetoforla nizamlanır. Bu halda çağırıcı qurğu (svetoforun qadağanedici siqnalı piyadalar tərəfindən svetoforun üzərində quraşdırılmış xüsusi düymə ilə idarə olunan) ilə işləyən svetoforlar tətbiq edilir.

Əhalisinin sayı 15 min nəfərdən az olan yaşayış məntəqələrində normalar (yuxarıda qeyd edilən hallar) 30% azaldılmalıdır.
Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətinin azaldılması nəticəsində yolun buraxılma qabiliyyətinin azalmasına və nəqliyyat vasitələrinin hərəkətinin ləngimələrinə səbəb olan hallar, piyada axınının avtomobil yolu ilə kəsişməsinin eyni səviyyədə təşkili ərazinin relyef xüsusiyyətləri, görünmə məsafəsinin məhdud olması səbəbindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mümkün olmadıqda avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib hesab edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO