Azərbaycanda dəfn üçün müavinətin həcmi 10 faiz artırılacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əmək pensiyasının baza hissəsi kimi dəfn üçün müavinətin həcmi də 10 faiz artırılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” 16 yanvar 2016-ci il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.