Azərbaycanda aksizli malların plastik kartlarla satışı dayandırıldı

Azərbaycanda aksizli malların plastik kartlarla satışı dayandırıldıAzərbaycanda aksizli malların plastik kartlarla satışı yanvarın 12-dən dayandırılıb. Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

S.Ələkbərov qeyd edib ki, ölkədə kifayət qədər POS-terminal var: “Ticarət və ictimai-iaşə obyektlərində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna alışmır. Kartlar da kifayət qədərdir. Bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı var”.

Nazir müavininin sözlərinə görə, o ki qaldı spirtli içkilərin nağdsız ödənişinə, burada prinsip etibarilə ciddi bir problem yoxdur: “Sadəcə olaraq, sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.

S.Ələkbərov deyib ki, hazırlıq işləri tam başa çatandan sonra yəqin ki, məsələ barədə qərar veriləcək: “Qaydaların tətbiqinin dayandırılması imkan verəcək ki, həm istehsalçılar, həm də pərakəndə və topdansatış ticarətlə məşğul olanlar sənədləşmə işlərini başa çatdırsınlar. Çünki onlarda xeyli miqdarda mal var ki, sənədləşməyib. Bu sənədləşmə işləri başa çatdırılmalıdır”.

Onun sözlərinə görə, həmçinin mağazalarda, başqa obyektlərdə spirtli içkilərin həm nağd, həm də nağdsız qaydada satışı mümkündür: “Yəni seçim burada alıcılarındır, onlar hansı qaydada istəsələr, satıcılar buna hazırdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO