Azərbaycanda 40 minə yaxın şəxs bələdiyyə seçkilərini müşahidə etmək istəyir

Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb: “Sabahdan etibarən isə ucqar rayonlarda yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO