Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin xarici işlər üzrə dövlət naziri Yodzi Muto ilə iki ölkə münasibətlərini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Feysbuk” səhifəsində yazılır.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, iqtisadi və ticarət əlaqələrini, yüksək səviyyəli səfərlərin hazırlanması məsələlərini müzakirə ediblər.