ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünün növbəti sammitə doğru bir addım olacağına ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, C.Uorlik şəxsi “twitter” səhifəsində yazıb: “Ümid edirəm ki, bu görüş fevralda sammitin keçirilməsinə doğru bir addım olacaq”.
Amerikalı həmsədr vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 24-də Parisdə keçiriləcək.