İran, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü İranda keçiriləcək. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vanda 3 ölkənin XİN rəhbərinin görüşünün yekunu üzrə deyib.
Nazirin sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, Ukraynada və ümumilikdə regiondakı mövcud vəziyyət müzakirə olunub.
Ə.Davudoğlu qeyd edib ki, görüş zamanı iqtisadi və siyasi vəziyyət, regional xarakterli problemlər müzakirə olunub.
Bununla yanaşı, Qafqaz və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlü və NATO-nun regiondakı fəallığı məsələsi müzakirə mövzusu olub.
Türkiyə XİN rəhbəri bildirib ki, müzakirə mövzularından biri Ukraynadakı vəziyyət və İranın nüvə proqramı üzrə danışıqlar olub.
Qeyd edək ki, XİN rəhbərlərinin bu formatda əvvəlki görüşü ötən il Naxçıvanda keçirilib.