Oktyabrın 29 və 30-da Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Ölkə ərazisində buludlu hava şəraiti davam edəcək. Sabah isə Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi şərq rayonlarında yağış yağacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.