Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Bəhreyn və Türkiyədə hərbi kurslarda iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) “Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim” və fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.

Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO