Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.