Azərbaycan nümayəndə heyəti Monteneqroya səfər edəcək

4-6 mart tarixlərində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Monteneqroda səfərdə olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası və Azərbaycan-Monteneqro biznes forumu keçiriləcək.

Monteneqroya səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, müəssisələrin fəaliyyəti ilə tanış olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO