Azərbaycan hökuməti İran Qızıl Aypara Cəmiyyətinin lisenziya müddətini uzadıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, təşkilata ölkəmizdə fəaliyyət göstərmək üçün daha 5 il müddətinə lisenziya verilib.
Qeyd edək ki, bu günlərdə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub, bir sıra rəsmi görüşlər keçiriblər.