Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub və sözügedən əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib.
Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.