Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlər müzakirə olunubBu gün Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiyanın Pardubitse regionuna səfər edib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Pardubitse regionunu təmsil edən deputat, habelə Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Vatslav Snopekin yardımı əsasında həyata keçirilib.

Səfər ərzində səfir Fərid Şəfiyev ilk öncə Parlamentin üzvü Vatslav Snopek və Pardubitse regionu Şurasının üzvü Lyudmila Navratilova ilə görüşüb və Azərbaycanın bölgələri ilə sözügedən Çexiya regionu arasında əməkdaşlıq əlaqələrini müzakirə edib.

Daha sonra səfir F.Şəfiyev Pardubitse şəhərinin meri və şəhər şurasının digər rəsmiləri, habelə regionu təmsil edən sənaye, ticarət, kənd təssərrüfatı şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Pardubitse şəhərinin meri Martin Xarvat səfiri salamlayaraq, Azərbaycan ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu qeyd edib və ölkəmizin bölgələri ilə iqtisadi-ticarət əlaqələrinin qurulmasından ötrü töhfə verməyə hazır olduğunu bildirib. Şəhər meri Martin Xarvat yerli müəssisə və şirkətlərin nümayəndələrini səfir F.Şəfiyevə təqdim edib. Görüşün sonunda Azərbaycan səfiri şəhər meriyasına dəvət olunmuş çex jurnalistlərinin suallarını cavablandırıb.

Səfir F.Şəfiyev həmçinin Pardubitse şəhərində fəaliyyət göstərən və Azərbaycan iqtisadiyyatı və sənayesi üçün maraq kəsb edə biləcək bir sıra çex şirkətlərinin ofislərinə səfər edib, müvafiq şirkət rəhbərləri ilə danışıqlar aparıb və yerli istehsal şəraiti ilə tanış olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO