Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi gənclərin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi istiqamətində iş aparır

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi gənclərin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi istiqamətində iş aparırHeç kəsə sirr deyil ki, işğalçı Ermənistan 23 ildən artıqdır 20 faiz torpaqlarımızı zəbt etmiş, bir milyondan artıq Azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salmış, tarix boyu xalqımıza qarşı çoxsaylı soyqırımlar törətmişdir. Lakin Azərbaycana daim əsassız siyasi təzyiqlər edən beynəlxalq təşkilatlar bu işğalçı dövlətə qarşı lazımi səviyyədə addımlar atmır, o qədər də sərt təpki göstərmirlər. Dünya birliyi Azərbaycan xalqına qarşı cinayətlər edən bu ölkəni ifşa etmək, ədalətin bərqərar olmasına dəstək vermək əvəzinə işğalçı dövlətə dəstək verir, hətta heç bir əsası olmayan qondarma “erməni soyqırımı”nın beynəlxalq platformalarda qəbul olunmasına şərait yaradır. Bu da dünyada ölkəmizə qarşı tətbiq olunan ikili standartlarla yanaşı, həm də güclü erməni lobbisinin, mənfur erməni təbliğat maşının apardığı işin nəticəsidir. Odur ki, tarixi düşmənlərimizə informasiya müharibəsində uduzmamaq üçün, ölkəmizin haqq səsinin dünyaya bəyan edilməsi üçün, ədalətin bərqərar olması üçün gənclərin bu sahədə fəallığının artırılmasına, onların vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsinə ciddi ehtiyyac var. Azərbaycan gəncləri bu haqq səsini dünya gənclərinə çatdırmalı, beynəlxalq arenalara çıxarmalı, bunun üçün isə tarixi faktlar barədə tam məlumatlı olmalıdırlar.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qarabağ Carçıları – gənc vətənpərvərlər şəbəkəsi” layihəsini icra edir.
Layihə çərçivəsində keçirilən seminarlarda Azərbaycanın milli-mədəni irsi və tarixinə ekskurs edilir, Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin qəhrəmanlıq nümunələri təbliğ edilir, gənclərə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunu və ölkəmizdə hərbçilər üçün mövcud sosial təminatlar, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı, tarixi faktlar, beynəlxalq təşkilatların bu münaqişəyə reaksiyası, qəbul edilən qətnamələr, xalqımıza qarşı törədilmiş soyqırımlar barədə məlumatlar verilir.
Qeyd edək ki, layihəyə 300 gəncin cəlb edilməsi nəzərdə tutulmuşdur.

MƏTBUAT XİDMƏTİ

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO