Rusiya Fedarasiyası Tatarıstan Respublikasının Kazan şəhərində 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi keçirilmişdir.
Bu il festivala 27 ölkədən qatılmış ümumilikdə 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilmişdir.
Rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azanfilm” studiyasında çəkdiyi “Əriyən ada” sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalibi olmuşdur.