“Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi iki il ərzində qatarların sürətini 80-120 km/saatadək artıracaq. Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi tədbirdə deyib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi qatarların sürəti ilə bağlı problemdən xəbərdardır və hazırda onun həlli üzərində işləyir: “Yaxın vaxtlarda qatarların sürəti kifayət qədər rəqabət qabliyyətli olacaq”.