Azərbaycan AŞPA-nı ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün dəvət alıb.

Bu barədə “Report”a Avropa Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən məlumat verilib ki, AŞPA bu məsələni nəzərdən keçirəcək: “Monitorinq məsələsi hələ təsdiqlənməyib”.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Azərbaycan Mərkəzi Seçki Komissiyası daha əvvəl seçkilərin müşahidə edilməsi üçün beynəlxalq müşahidəçilərə təkliflər göndəriləcəyini açıqlayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO