Azərbaycanda yeni internet televiziyası fəaliyyətə başlayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “ElmTV” elmi internet telekanalı fəaliyyətə başlayır.

AMEA-dan Trend-ə bildiriblər ki, akademiyanın bu gün keçiriləcək sessiyasında “ElmTV”-nin fəaliyyətə başlaması ilə bağlı təqdimat olacaq.

İnternet televiziyası hələlik AMEA-nın rəsmi saytı daxilində fəaliyyət göstərəcək. Sonra TV-nin geniş və 3 dildə – Azərbaycan, rus və ingillis dillərində yayımı nəzərdə tutulur. Bu internet televiziyasında əsasən elm xəbərləri efirə veriləcək.

Qeyd edək ki, Azərbaycanda 5-ə yaxın internet telekanalı yayımlanır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO