Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər

Azərbaycanda Ailə Məcəlləsinə vətəndaş nikahı ilə bağlı maddənin əlavə olunması təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deputat Fəzail Ağamalı çıxış edib.

Millət vəkili bildirib ki, vətəndaş nikahının olması bir faktdır və cəmiyyətdə buna qadağa qoymaq olmaz.

F.Ağamalının sözlərinə görə, vətəndaş nikahı ilə uşaq dünyaya gətirən ata və ana məsuliyyət daşımalıdır: “Biz bu məsələni gündəmə gətirməliyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO