Azərbaycanda məhkumların “Vahid elektron baza və idarəetmə sistemi ” yaradılır

Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə yeni texnologiyaların tətbiqi ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə “Vahid elektron baza və idarəetmə sistemi”nin yaradılması nəzərdə tutulub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Penitensiar xidmət rəhbərliyinin, xidmət üzrə qeydiyyat qurumları əməkdaşlarının və informasiya texnologiyalarının tətbiqi ilə məşğul olan özəl icraçı şirkətin icraçı şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi Penitensiar xidmətdə “Vahid elektron baza və idarəetmə sistemi”nin istismara hazırlıq mərhələsinin müzakirəsi olub.

İclasda layihənin hazırkı mərhələsində görülmüş və gələcəkdə görülməli işlər barədə geniş müzakirələr aparılıb, layihənin qısa müddətdə başa çatdırılması üçün fikir və təkliflər irəli sürülüb.

Layihənin icrası istiqamətində və real vəziyyətin müəyyənləşdirilməsi məqsədi ilə ortaq işçi qrupunun yaradılması və bir ay müddəti ərzində yekun hesabatın dinlənilməsi planlaşdırılıb.

İşçi qrupunun hesabat məruzələri may ayının 2-nə təyin olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO