“Azərbaycan Hava Yolları” QSC London istiqamətindəki aviabiletlərə güzəştli tariflər tətbiq etmə kampaniyasını davam etdirir.
AZAL-dan Trend-ə daxil olan məlumata görə, yeni tarif çərçivəsində Bakı-London-Bakı istiqamətində olan birtərəfli aviabiletlərin qiyməti 100 avro təşkil edəcək (tarifə vergi və rüsumlar daxil deyil).
Şərtlərə əsasən, bu tarif “gediş-dönüş” aviabiletlər üçün nəzərdə tutulub və yalnız ilkin uçuş Bakı şəhərindən olduğu halda rəsmiləşdirilir. Tarif martın 10-dək olan uçuşlar üçün nəzərdə tutulub.
Trend.az