Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Strasburq Azərbaycan Evi” cəmiyyətinin təşkil etdiyi aksiyada “Ermənistan təcavüzünə son!”, “Uşaqların qatillərinə ar olsun!”, “Genosidə son!” kimi şüarlar səsləndirilib.
Məlumatda qeyd olunub ki, aksiyada qətlə yetirilən Fariz Bədəlovun şəkli ilə yanaşı Zori Balayan, Robert Koçaryan və Serj Sərsiyanın şəkilləri aksiya iştirakçıları tərəfindən nümayiş etdirilərək “uşaqların qatillərinə ar olsun!” şüarı səsləndirilib.
Nümayişçilər 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylayıblar. Bəyanat və Fariz Bədəlovun şəkli zərfdə Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya, Avropa Şurasının baş katibinə, Avropa Şurasının İnsan Haqları üzrə Komissarına, Ailə və uşaqlarla bağlı Komissiyanın sədrinə, Nazirlər Komitəsinin sədrinə təqdim olunub. Bəyanat və 9 yaşlı uşağın şəkli Avropa Şurası və Avropa Birliyinin deputatlarının elektron ünvanlarına da göndərilib.