Bunu “Səriştəlilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik – müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları” mövzusunda beynəlxalq konfransda çıxışında Avropa Şurasının ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stava deyib. O bildirib ki, Avropa Şurasına üzv olan ölkələrin məhkəmə-hüquq sistemindəki vəziyyətə dair aparılan monitorinqin nəticələri əsasında hesabat hazırlanır və bu sənəd 2012-ci ildə açıqlanacaq.
G. Stava qeyd edib ki, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı təmsil etdiyi qurumun təklifləri ölkələrə təqdim olunub. O, təcrübə mübadiləsinə hazır olduqlarını söyləyib: “Bununla bağlı Azərbaycan tərəfinin müraciətlərini həmişə müsbət cavablandırmaq niyyətindəyik”.