AVROPA ŞURASI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİR

AVROPA ŞURASI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİRSəkkiz il əvvəl – 2001-ci il yanvarın 25-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Strasburqda Avropa Şurasının (AŞ) binası önündə Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması ilə Avropa strukturlarında mövqeyi güclənmişdir. Azərbaycan bununla da həqiqətlərini dünyaya bəyan etmək üçün daha bir beynəlxalq tribuna qazanmışdır.
Avropa Şurasının baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyir ki, bu gün bir sıra beynəlxalq təşkilatların, eləcə də AŞ-ın Azərbaycana marağı artmışdır. Azərbaycanın sürətli inkişafı, Avropanın enerji təhlükəsizliyindəki rolu dünyanın diqqət mərkəzindədir. Avropa Şurası da Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan ilə AŞ arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini və kifayət qədər naliyyətlər əldə olunduğunu deyən V.Kotek, respublikamızın qurum qarşısında götürdüyü öhdəliklərə ciddi yanaşdığını, bu öhdəliklər çərçivəsində ölkədə aparılan islahatların hər şeydən əvvəl inkişafa və rifaha yönəldiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın bu istiqamətdə fəaliyyətini dəyərləndirərək, AŞ ilə ölkəmiz arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu, bunun üçün müxtəlif birgə proqramlar həyata keçirməyin faydalı olacağını qeyd etmişdir.
Xüsusi nümayəndə bildirmişdir ki, 2009-cu ildə də qurum Azərbaycan hökuməti ilə birgə bir çox layihələr həyata keçirəcəkdir. Bunlar korrupsiya ilə bağlı mübarizə, həbsxana sistemində səhiyyə xidmətinin yaxşılaşdırılması, hakimlər üçün təlimlərin keçirilməsi və digər tədbirlərdir. Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra layihələrin icrasına başlanılacaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO