Xüsusi nümayəndə Azərbaycan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayacaq.
Xatırladaq ki, K. Yerokostopulos fevralın 16-da Azərbaycanda xüsusi nümayəndə təyin edilib. Bundan əvvəl o, Yunanıstanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsini icra edib, AŞ baş katibinin Serbiyadakı xüsusi nümayəndəsi olub.