Bunu dekabrın 20-də layihənin yekun konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov deyib. Onun sözlərinə görə, Aİ tərəfindən Azərbaycan üçün tvinninq layihəsi uğurlu layihə kimi dəyərləndirilib. Valentinov layihə çərçivəsində Milli Məclis tərəfindən aparılan keyfiyyətli qanunların qəbulunu qeyd edib. “Azərbaycan Milli Məclisinə dəstək” tvinninq layihəsi çərçivəsində qəbul olunan qanunların tərkibi müasir tələblərə uyğundur. Azərbaycan bu layihədə iştirak edən Polşa, Litva kimi ölkələrin təcrübəsindən də istifadə edib”, – Valentinov qeyd edib. O deyib ki, hazırda Aİ-nin Azərbaycan nümayəndəliyi 21 tvinninq layihəsi üzərində işləyir və onlardan 17-si artıq icraya başlayıb.