Səfərin tarixini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia açıqlayıb. Onun sözlərinə görə, Gürcüstandan sonra Azərbaycana səfər edəcək Eji Buzek Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək.
Görüşlərdə parlamentlərarası münasibətlər, beynəlxalq məsələlər müzakirə olunacaq. Səfər mayın 21-də başa çatacaq.