Avropa Parlamentinin deputatı Azərbaycana gəlir.

Avropa Parlamentinin (AP) deputatı, Sosialistlər və Proqressiv Demokratlar alyansının üzvü, Almaniya Sosial-Demokrat Partiyasının üzvü Norbert Neuser Milli Məclisin deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə avqustun 27-dən 30-dək Azərbaycanda işgüzar səfərdə olacaq. APA-nın xəbərinə görə, Norbert Neuser səfər müddətində Azərbaycan reallıqları ilə tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəyə dəymiş maddi və mənəvi zərər barədə məlumat əldə etmək istəyir.
N. Neuser səfər zamanı Almaniyanın Reynland-Pfalz torpağının inzibati mərkəzi olan Maynts şəhəri ilə Bakı şəhəri arasında mövcud olan qardaşlaşmış şəhərlər əlaqələrinin bərpa edilərək yeni müstəvidə inkişafı təklifi ilə çıxış edəcək. Qonaq Azərbaycanın iş adamları ilə görüşməyi, Avropa Birliyinin dəstəklədiyi təhsil proqramları ilə tanış olmağı da planlaşdırır.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO