Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanda insan haqları və demokratiyanın durumu müzakirə olunacaq.
Avropa Parlamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, mayın 12-də parlamentdə Azərbaycan, Belarus və Şri-Lankada insan haqlarının durumuna dair dinləmələr keçiriləcək. Dinləmələrdən sonra bu məsələ ilə bağlı qətnamənin qəbulu gözlənilir.