Avropa Milli Parlamentinin monitorinq qrupu: Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib

Avropa Milli Parlamentinin monitorinq qrupu: Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilibAvropa Milli Parlamentinin üzvlərindən ibarət seçki monitorinq qrupu Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair bəyanatı təqdim edib.
APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən qrupun rəhbəri, Avstriya parlamentinin vitse-prezidenti Volf Qanq Gros Kuk 5 il əvvəl də Azərbaycanda keçirilən parlament seçkilərini izlədiyini bildirib.

O, Azərbaycanda stabilliyin olduğunu, bunun getdikcə inkişaf etdiyi vurğulayıb: “Avropa müşahidəçiləri seçkiyə bir neçə gün qalmış gəldiyinə görə təbliğat-təşviqat prosesi barədə ətraflı rəy verə bilməz. Səsverməyə gəldikdə isə proses çox gizli keçirildi. Əlillər üçün xüsusi qutular da nəzərdə tutulmuşdu. 500-dən artıq veb-kameranın quraşdırıldığını müşahidə etdik. Ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi. Bəzi məntəqələrdə cüzi texniki problemlər qeydə alındı. Məsələn, ucqar bölgələrdə seçki məntəqələri üçün ayılmış yerlər kifayət qədər rahat deyildi. Bəzi məntəqələrdə müşahidəçilər bir qədər uzaqda yerləşdirilmişdilər. Bəzi məntəqələrdə isə seçkilər bir neçə mərtəbədə təşkil olunmuşdu. Səslərin sayılması kifayət qədər şəffaf keçirildi və hər hansı problem yaşanmadı”.

Nümayəndə heyətinin rəhbəri ATƏT-in Azərbaycana müşahidəçi missiyasını göndərməməsinə də münasibət bildirib. O qeyd edib ki, onlar ATƏT-ə Azərbaycana müşahidəçilər göndərməyi təklif ediblər. Lakin qurum müxtəlif səbəblər gətirərək, xüsusilə Türkiyədə keçirilən seçkilər əsas göstərərək Azərbaycana heyət göndərməyib.

Qeyd edək ki, qrupa 12 ölkədən 31 deputat daxildir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO