Azərbaycanla əlaqələr bizim üçün vacibdir və düşünürük ki, Azərbaycanla Avropa İttifaqı arasında dialoq daha da inkişaf etdirilməlidir.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin vitse-prezidenti Rışard Çarnetski bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycana səfərləri Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.