Avropa İnsan Haqları Məhkəməsi (AİHM) cümə axşamı Rusiyanı Avropa İnsan Haqları Konvensiyasının 33-cü maddəsini (Dövlətlərarası məsələlər) pozmaqda günahlandıran Ukraynanın şikayətini qəbul edib. Bu barədə AİHM mətbuat xidmətinin dərc etdiyi xəbərdə deyilir. Trend-in məlumatına görə, xəbəri cümə günü İTAR-TASS yayıb.
Məlumatda deyilir ki, məhkəmə hər iki tərəfi insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxara biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır.
Məlumatda həmçinin bildirilir ki, AİHM-in müvəqqəti ölçülər haqqında reqlamentinin 39-cu maddəsinə uyğun olaraq “Rusiya Federasiyası hökuməti Ukrayna ərazisində mülki əhalinin həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir”.