Martın 22-də Brüsseldəki terror aktlarından sonra Avropa İttifaqı (Aİ) hava limanlarının təhlükəsizliyi ilə bağlı tövsiyələr verəcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin nəqliyyat üzrə komissarı Violeta Bulk bildirib.
O deyib ki, Aİ-nin Mülki aviasiyada təhlükəsizlik üzrə komitəsi Amsterdamda iclas keçirəcək və tövsiyələrlə çıxış edəcək.
Ekspert səviyyəsində keçiriləcək görüşdə Aİ ölkələrinin Daxili İşlər nazirliklərinin nümayəndələri iştirak edəcəklər. Onlar Brüssel hava limanındakı partlayışlar fonunda Avropada aeroportların təhlükəsizlik və mühafizə sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Gündəlikdə olan məsələlər arasında sərnişinlərin və onların baqajlarının hava limanına daxil olarkən yoxlanılması da var.