«Qarabağda atəşkəsin pozulması halları məni narahat edir.» Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis bildirib. Dağlıq Qarabağ probleminin həllinə görə məsuliyyətin münaqişə tərəflərinin üzərinə düşdüyünü deyən diplomat bildirib ki, Litva problemin həllinə stimul vermək üçün Minsk qrupunun məsələyə daha çox cəlb edilməsinə çalışacaq.
«ATƏT-ə sədrlik edən ölkə kimi, Litvanın işi dialoqun açıq saxlanılmasına çalışmaqdır», – deyə Ajubalis bildirib.
ATƏT sədri yazda Azərbaycan və Ermənistana səfər edəcəyini də söyləyib.